"Uşaqlarım daha çox pul istəməyə başlayıb"

17-03-2025, 00:07           
"Uşaqlarım daha çox pul istəməyə başlayıb"
Son illər karyerasında xoşagəlməz hallar yaşanan aktyor Alek Bolduin yenidən gündəmə gəlib.

Paralel.az xəbər verir ki, 2021-ci ilin payızında film çəkilişi meydançasında faciə yaşayan Bolduin təsadüfən operator Qalina Hatçinsi vurub. Aktyora verilən saxta tapança hələ də açıqlanmayan səbəblərə görə həqiqi güllələrlə dolu olub. Təbii ki, iş məhkəməyə gedib və uzunmüddətli dram janrına çevrilib. İttihamlar sonda götürüldü.

Daha sonra Bolduinin həyat yoldaşı etiraf edib ki, aktyor qətl qalmaqalı səbəbindən intihar etmək istəyib. O, vida məktubu belə yazıb.

“The Baldwins” realiti-şousunun son buraxılışında aktyor karyerasını bitirmək barədə ciddi düşündüyünü etiraf edib. Ulduz bildirib ki, insanlar ondan əsərlərdə hər hansı bir layihəsi varmı deyə soruşduqda cavab onları təəccübləndirir:

"Mənim işim uşaqlarımı böyütməkdir" deyən aktyor bildirib ki, ailəsi ilə vaxt keçirtməyə üstünlük verir.

Aktyor şouda deyib ki, övladları gün keçdikcə ondan daha çox pul istəyirlər.

Qeyd edək ki, 2012-ci ildə evlənən cütlük 11 yaşlı Karmen, 9 yaşlı Rafael, 8 yaşlı Leonardo, 6 yaşlı Romeo, 4 yaşlı Mariya, 3 yaşlı Eduardo və 2 yaşlı İlariyanın valideynləridir. Bundan başqa, aktyorun keçmiş həyat yoldaşı Kim Beysinqerdən İrlandiya adlı böyük qızı var.(axşam.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru