ABŞ bəzi xarici vətəndaşlar üçün vizaları ləğv edəcək

Bu gün, 12:44           
ABŞ bəzi xarici vətəndaşlar üçün vizaları ləğv edəcək
ABŞ administrasiyası terrorçulara dəstək aksiyalarında iştirak etdiklərinə görə xarici vətəndaşlara viza verməkdən imtina etmək və mövcud giriş sənədlərini ləğv etmək niyyətindədir.

TASS xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

"Bu, çox sadədir. Prezident Donald Tramp keçmiş rəhbər Bayden deyil. Əgər siz ABŞ-yə terrorizmi dəstəkləyən iğtişaşlara qoşulmaq üçün gəlirsinizsə, sizə viza verməkdən imtina edəcəyik. Bunu ölkəmizə saxta yolla daxil olduqdan sonra etsəniz, vizanızı ləğv edib sizi evinizə göndərəcəyik", - o vurğulayıb.

Bundan əvvəl ABŞ Daxili Təhlükəsizlik Departamentinin əməkdaşları etiraz aksiyalarının liderlərindən biri olan Fələstin Kolumbiya Universitetinin tələbəsi Mahmud Xəlili saxlayıblar. O, Fələstinin radikal HƏMAS hərəkatı ilə bağlı fəaliyyətlərdə iştirakda ittiham olunur. Xəlili ABŞ-dən deportasiya gözləyir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.