Şirvan-Salyan Regional Təhsil İdarəsində qəbristanlıq söhbətkarı - əli təsbehli təhsil fədaisi...
Dünən, 23:40

Nəzarətsizlik və cəzasızlıq rejimi həmişə böhran yaradır. Bu gün Vüqar Dadaşovun-un idarə etdiyi Şirvan-Salyan Regional Təhsil İdarəsi başsız və nəzarətsiz bir yerə bənzəyir.
Yenixeber.org xatırladır ki, bu iddialar Təhsil Forumu platformasında yer alır...
Nəzarətsizlik və cəzasızlıq rejimi həmişə böhran yaradır. Bu gün Vüqar Dadaşovun-un idarə etdiyi Şirvan-Salyan Regional Təhsil İdarəsi başsız və nəzarətsiz bir yerə bənzəyir. İdarə müdiri öz işçilərinə hökm verə bilməyəcək səviyyəyə gəlib çatıb. At oynadan, mənəmçilik edən direktorlar, pedaqoqlara və ziyalılara qarşı münasibəti xırda məişət qışqırığından o tərəfə keçməyən, şikayəti, sözü olan şəxslərlə məsələni kabinetdə deyil, qəbristanlıqda həll etməyə çalışan qəbristanlıq söhbətkarı, əli təsbehli təhsil fədaisi olan sektor müdiri Vüqar bəyin dövründə heç zaman olmadığı qədər rahatdır.
Rüşvət iddiaları araşdırılmır. Faktiki vətəndaşın rüşvətlə bağlı müraciəti olsa da, idarə müdiri direktoru qoruyur və buna əhəmiyyət vermir. Məktəblərdə isə qanunsuz işlər yüzlərlədir. Özümə söz vermişəm ki, heç bir məktəbin neqativ halları ilə bağlı hər hansı bir şey yazmayacam. Mənim işim böhranın içində olanlarla deyil, o böhranı yaradanlarladır.
Heç bir əziyyət çəkmədən, heç bir imtahandan keçmədən şəxsi münasibətlər zəminində vəzifəyə gətirilən şəxslər hələ də öz yerlərində bərk-bərk oturublar. Vüqar bəyin rəhbəri olduğu bu müddət heç bir dəyişiklik ilə yadda qalmadı, müsbətə, irəliyə doğru heç bir addım atılmadı. Vüqar bəyin dövrünü əvvəlki idarə müdirinin uzantısı kimi də anlamaq olar.
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.