Təhsildə fəlsəfə - Müəllim adı niyə cəmiyyətimizdə arzuladığımız çəkidə deyil?

Bu gün, 00:02           
Təhsildə fəlsəfə - Müəllim adı niyə cəmiyyətimizdə arzuladığımız çəkidə deyil?
İlk öncə, bir çox müəllim niyə öz adının haqqını verə bilmir? Uşaqlar niyə müəllimin müqəddəsliyini dərk eləmir?
Pedaqoji fəaliyyətimdə Türkiyəli müəllimlərlə işlədiyim dövrlər olub. Onlar şəxsi həyatlarında fərqli, iş prosesində isə demək olar ki, eyni adamlardırlar- işini sevən, uşaqların sevimli öyrətməni. Çox yaxşı öyrətmənlərlə yanaşı, heç bir dəyəri olmayan, amma uşaqlar üçün möhtəşəm olan Türkiyəli öyrətmənlərlə də birlikdə çalışmışam. Azərbaycanlı bir idealist müəllimlə orta səviyyəli türkiyəli öyrətməni müqayisə etmək olmur. Öyrətmənlər müəllimlərdən daha effektiv idilər.
Sual yaranır- fərq nədədir?
Fərq sözdədir, ifadədədir, ifadədəki mənadadır. Mən Azərbaycanlıyam və ərəbcə olan “müəllim” sözü Azərbaycan dilində düşünən biri olaraq mənim üçün xüsusi bir anlam daşımır, məndə hər hansı bir vizyon, missiya və məsuliyyət yaratmır. Eyni şey Azərbaycan dilində düşünən bir uşaq üçün də keçərlidir. Müəllimdir də, adının mənasını idrak edə bilmədiyimiz bir kimlik. Ancaq öyrətmən sözü mənə bir missiya, bir vizyon qazandırır. Bəli, tək bir söz-bir ad, bir kəlimə-bütün bir dünyagörüşü yarada bilər. Azərbaycan dilində düşünən bir uşaqda “öyrətmən” sözünü eşidəndə təslimiyyət, minnətdarlıq və hörmət hissi formalaşdırır. Ona nəsə öyrədən bir insanın varlığını daha aydın dərk edir.
Əgər insanın danışdığı dil onun düşüncələrini formalaşdırırsa, deməli, sözlər də düşüncə tərzini dəyişdirə bilər. Məsələn, hansısa dildə müəyyən bir anlayışı ifadə edəcək söz yoxdursa, həmin mədəniyyətdə o anlayışın özü də zəif dərk edilir.
Yəni, əslində, fikir birinci yaranır, amma söz onun tam formalaşmasına, ötürülməsinə və inkişaf etməsinə kömək edir. Fikrin öz dilini yaratmaq gücü var, lakin sözlər də fikirlərin istiqamətini müəyyənləşdirir.
Tural Abasquliyev
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.