"Bəs başqa rayonlarda yaşayanlar? - Onlar baxmasın? Nə etsinlər?

Bu gün, 15:25           
"Bəs başqa rayonlarda yaşayanlar? -
"Azərbaycanda kinoteatr sayı azdır. Bakı, Sumqayıt və Gəncədəkilər kinoya baxa bilirlər. Bəs başqa rayonlarda yaşayanlar? Onlar baxmasın? Nə etsinlər? Deməli, kinoteatr şəbəkələrin artırmaq lazımdır, məkan azdır".

Axşam.az xəbər verir ki, bu sözləri aktyor Taleh Yüzbəyov "Söhbət budur" radio verilişində deyib. O, kinoya marağın aşağı olmasının səbəblərini belə izah edib:

"Düzdür, vaxtı ilə bir sıra yerlərdə kinoteatrlar açılıb. Amma qiymətlər rayon üçün uyğun olmayıb. Həm Bakıda, həm də rayonda eyni qiymət ola bilməz. Bunu düzgün tənzimləmək lazımdır. Bakıda əgər 8 manatdırsa, rayonlarda 4-5 manat ola bilər. Oranın iqtisadi vəziyyətinə uyğunlaşdırılmalıdır.

İkincisi kinolarımız üçün investisiya yoxdur. Böyük iş adamları bu sahəyə inanmırlar. Film pul isyətən bir şeydir və biz bütün kinolarda onu tampaq üçün əziyyət çəkirik. Heç kimin evində 200-300 min pulu yoxdur ki, özü bu işə qoysun. Düzgün biznes modeli formalaşarsa, investorlara başa salmaq olar ki, məsələn, 200 min pul qoyursan, amma 6 aydan sonra bu, 300 min olacaq. Düzdür, bu da 100 faiz işləyən bir model deyil. Dünyada da film belə işləyir. Sadəcə düzgün satış nöqtələri, yəni kinotetarlar, vergi və ƏDV güzəştləri olmalıdır. Dövlətdən hansısa bir imtiyaz tətbiq edilməlidir. Flmin inkişafında birinci növbədə dövlət maraqlı olmalıdır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.