Husilər Qırmızı dənizdə Amerikanın təyyarədaşıyan "USS Harri Truman" və digər döyüş gəmilərinə hücum etdiklərini bildiriblər. Bu barədə xarici mediada məlumat yayılıb.
Məlumata görə, onlar 18-ə yaxın ballistik və qanadlı raket, həmçinin PUA-larla hücum ediblər.
Qeyd edək ki, Prezident Trampın əmri ilə ABŞ ordusu husilərə qarşı ötən gündən geniş əməliyyata başlayıb.