Qazaxıstanda təyyarə qəzası nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

27-12-2019, 09:13           
Qazaxıstanda təyyarə qəzası nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb
Qazaxıstanda baş vermiş təyyarə qəzası nəticəsində ölənlərin sayı artaraq 14 nəfərə çatıb, daha 35 nəfər xəsarət alıb.

APA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Almatı şəhər rəhbərliyindən bildirilib.

"Uşaq Təcili Tibbi Yardım Mərkəzinə 8 uşaq travma ilə şüurlu vəziyyətdə çatdırılıb. Travma ilə daha 5 yetkin insan xəstəxanaya çatdırılıb. 4 nömrəli Klinik Xəstəxanaya 17 xəstə son dərəcə ağır vəziyyətdə qəbul olunub. 14 nəfər hadisə yerində ölüb", - deyə məlumatda qeyd olunur.


Aviaşirkətin internet saytındakı məlumata görə, ehtiyatında olan təyyarələr ortamənzilli “Fokker 100” tipli sərnişin təyyarələridir. Qəzanın səbəbləri dəqiqləşdirilənə qədər bu tip təyyarələrin uçuşları müvəqqəti olaraq dayandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru