Viruslu hepatitlərə yoluxmuş xəstələrin sayı artıb - Nazirlik

26-12-2015, 13:19           
Viruslu hepatitlərə yoluxmuş xəstələrin sayı artıb - Nazirlik
“Son illər viruslu hepatitlərə yoluxmuş xəstələrin sayının artmasını nəzərə alaraq cari ildə viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi komissiya” yaradılıb”. APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyib.

O bildirib ki, komissiyaya müraciət edən bütün xəstələr müayinə edilərək müvafiq təyinat alıblar: “Hazırda 2356 belə xəstə dövlət hesabına uzunmüddətli müalicə kursu alır".

G. Poladov qeyd edib ki, eyni zamanda Səhiyyə Nazirliyi tərəfindən “2016-2020-ci illər üçün İİV və QİÇS-lə mübarizə üzrə yeni Tədbirlər Proqramı” hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub: “Proqram xəstəliklə bağlı problemlərin köklü surətdə həlli məqsədilə geniş profilaktik tədbirlərin aparılmasına, xəstələrin davamlı müalicəsi üçün antiretrovirus preparatları, qulluq və dəstəklə təmin edilməsinə, laborator xidmətin müasir avadanlıq və reaktivlərlə təchizatına və bu sahə üçün kadrların hazırlanmasına yönəlib”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.