ABŞ-da ev pişikləri koronavirusa yoluxdu

23-04-2020, 03:08           
ABŞ-da ev pişikləri koronavirusa yoluxdu
Amerikalı mütəxəssislər Nyu-York ştatında ev pişiklərinin koronavirusa yoluxmasını qeydə alıblar.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. Qeyd olunub ki, bu ABŞ-da ev heyvanları arasında koronavirusa ilk yoluxma halıdır.

Ştatın müxtəlif yerlərində yaşayan iki pişiyin sahiblərindən və ya qonşularından yoluxduğu ehtimal edilir. Ev heyvanlarında yüngül tənəffüs xəstəliyinin simptomları mövcuddur. Heyvanların sağalması gözlənilir.

Daha əvvəl, Nyu-Yorkun zooparkında bir neçə pələng və şirin koronavirusa yoluxması təsdiqlənmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru