"Brent" markalı neftin qiyməti 5 faizə yaxın artıb
24-04-2020, 08:40
"Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 06:44 üçün 5,02 faiz artaraq 22,40 dollar/barrel təşkil edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, saat 06:52 üçün "Brent" markalı neftin qiyməti 22,30 dollar səviyyəsində olub, bu isə ötən sessiyada qeydə alınan qiymətdən 4,55 faiz daha çoxdur.