Anasını diri-diri basdıran şəxs saxlanılıb

7-05-2020, 17:36           
Anasını diri-diri basdıran şəxs saxlanılıb
Çində Ma soyadlı bir şəxs 79 yaşlı anasını diri-diri torpağa basdırıb.

Redaktor.az xəbər verir ki, hadisə Çinin Şanxay əyalətində baş verib. 58 yaşlı kişi mayın 2-də əlil arabasındakı anasını evdən aparıb və daha sonra evə tək qayıdıb. Anasını qohumlarının yanına göndərdiyini desə də, ona inanmayan həyat yoldaşı polisə müraciət edib.

Axatrışlar nəticəsində polislər Çanq adlı qadını basdırıldığı yerdən 3 gün sonra sağ çıxarıblar.

Hadisəni törətmiş şəxs saxlanılıb. O, dindirilmə zamanı əməlini etiraf edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.