Bakıda kişi keçmiş həyat yoldaşını küçədə döyərək qarət edib

30-06-2020, 10:46           
Bakıda kişi keçmiş həyat yoldaşını küçədə döyərək qarət edib
Bakıda kişi keçmiş həyat yoldaşına qarşı soyğunçuluq edib.

APA-nın məlumatına görə, hadisə iyunun 27-də paytaxtın Binə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini olan qadın Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək keçmiş kürəkəni, əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Asif Abbasov qızını küçədə döyərək içərisində 200 manat olan pul kisəsini taladığını bildirib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi başlanıb. A. Abbasov 3-cü Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.