11-ci sinif buraxılış imtahanında yüksək nəticə göstərən məktəblər açıqlanıb - SİYAHI

1-07-2020, 09:44           
11-ci sinif buraxılış imtahanında yüksək nəticə göstərən məktəblər açıqlanıb - SİYAHI
11-ci sinif buraxılış imtahanında yüksək nəticə göstərən məktəblər açıqlanıb
İyunun 10-da və 11-də keçirilən 11-ci siniflər üçün buraxılış imtahanında yüksək nəticə göstərən məktəblər açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, imtahan iştirakçıları arasında 1 nəfər – Abşeron rayonu Xırdalan şəhər 1 saylı orta məktəbin məzunu toplanıla biləcək maksimal nəticə – 300 bal toplayıb.

İkinci ən yüksək nəticəni 297.7 bal toplayan Bakı şəhəri 36 saylı orta məktəbin məzunu göstərib.

Bundan əlavə, 4 nəfər (Qəbələ rayonu Vəndam qəsəbəsi 1 saylı orta məktəbin, Qubadlı rayonu 3 saylı şəhər orta məktəbin, Bakı şəhəri 57 saylı orta məktəbin, Bakı şəhəri 178 saylı orta məktəbin məzunları) 297.1 bal toplayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru