Qəbələdəki qardaş qətlinin bəzi təfərrüatı bəlli oldu

1-07-2020, 19:54           
Qəbələdəki qardaş qətlinin bəzi təfərrüatı bəlli oldu
Hadisənin mülk üstündə olduğu kənd sakinləri və ölənin yaxınları tərəfindən söylənilir. İlkin versiyaya görə, qardaşlar "Su Tayı" turizm kompleksini bölüşdürə bilməyiblər
Xəbər verdiyimiz kimi, Qəbələ rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Vəndam qəsəbəsində qeydə alınan olayın bəzi təfərrüatı bəlli olub. Sputnik Azərbaycan bildirir ki, qəsəbə sakini Rəhimov Ramil Vəli oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı qardaşı, 1959-cu il təvəllüdlü Rəhimov Azər Vəli oğluna ov tüfəngindən atəş açıb. Ağır xəsarətlər alan A.Rəhimov ölüb. Ramil Rəhimov saxlanılıb.

Hadisənin mülk üstündə olduğu kənd sakinləri və ölənin yaxınları tərəfindən söylənilir. İlkin versiyaya görə, qardaşlar "Su Tayı" turizm kompleksini bölüşdürə bilməyiblər.

Bildirilir ki, qardaşların işi məhkəmədə araşdırılırmış. Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.sputnik.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru