Təbrizli professordan Azərbaycana QARABAĞ ÇAĞIRIŞI

14-07-2020, 18:56           
Təbrizli professordan Azərbaycana QARABAĞ ÇAĞIRIŞI
Təbriz universitetinin professoru doktor Pərğu Tovuz rayonunda baş vermiş son qarşıdurmada şəhid olan dost və qonşu Azərbaycan hərbçiləri ilə əlaqədar Azərbaycan dövləti və xalqına başsağlığı verib.

Axar.az xəbər verir ki, o, Azərbaycan hökumətindən kinli erməni düşməninə qətiyyətli cavab verilməsini xahiş edib:

“Əzizlərini və cavanlarını islama və vətənlərinə qurban vermiş Azərbaycan xalqına dəstəyimizi bildirir və tövsiyə edirik ki, ayıq olsunlar, çünki, bu hadisələrin arxasında sionistlərin gizli əlləri görünür. Azərbaycan hökumətindən xahiş edirik ki, şəhidlərin qanına həssas yanaşaraq kinli erməni düşməninə qətiyyətli cavab versin. Erməni silahlı qüvvələrinin Tovuz rayonunda azərbaycanlı əsgərlərə qəfil hücumlarını və bu hücumlar nəticəsində bir neçə hərbçinin şəhid olmasını pisləyirik. Uca Tanrıdan şəhidlərə rəhmət diləyir və təcavüzkarların Dağlıq Qarabağdan qovulması üçün milli birliyin və müqavimətin güclənməsini istəyirik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru