Bakıda bəzi metrostansiyalarda girişə icazə verildi - SƏBƏB

15-07-2020, 15:37           
Bakıda bəzi metrostansiyalarda girişə icazə verildi - SƏBƏB
Sərnişin tələbatı çox olan istiqamətlərdə metro stansiyalarının vestibülləri ödəmə terminallarından istifadə üçün açılıb.

Bu barədə Lent.az -a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilir ki, bununla da sərnişinlərin “BakıKart”-ın balansını artırması üçün imkan yaradılıb.

Vestibüllərdə sosial məsafənin qorunması və maskadan istifadə qaydalarına riayət olunması üçün müvafiq tədbirlər görülüb. Karantin şərtləri nəzərə alınmaqla vestibüllərə BNA tərəfindən nəzarətçilər cəlb olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru