"Hazırda Tovuz istiqamətində vəziyyət gərgin-stabil olaraq qalır"

17-07-2020, 16:24           
"Hazırda Tovuz istiqamətində vəziyyət gərgin-stabil olaraq qalır"
Hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində vəziyyət gərgin-stabil olaraq qalır.

Bunu APA-ya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, əvvəlki günlərə baxanda bu gün ərazidə sakitlik hökm sürür: “Azərbaycan Ordusunun düşmənə qarşı həyata keçirdiyi cəza tədbirlərindən sonra kəndlərin və yaşayış məntəqələrinin atəşə tutulmasının qarısı alınıb. Buna baxmayaraq ön xətdə olan mövqelərimiz düşmən tərəfindən atəşə tutulmaqda davam edir. Bu istiqamətdə də düşmənin fəaliyyətinin qarşısını almaq üçün lazımi tədbirlər görülür. Hazırda əməliyyat şəraiti tam nəzarət altındadır”.

V.Dərgahlı düşmən tərəfini itkilərini gizlətməkdə ittiham edib: “Biz düşmənə qarşı həyata keçirdiyimiz əməliyyatların görüntülərini yayırıq. Görünmən odur ki, düşmən itkilərini gizlədir. Bizdə olan məlumata görə, düşmən yüzlərlə itki verib. Hər zaman olduğu kimi onlar itkiləri gizlədir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru