İki siçovulun davasından şoka düşən pişik şəbəkə ulduzu oldu

18-07-2020, 11:10           
İki siçovulun davasından şoka düşən pişik şəbəkə ulduzu oldu
İnternet şəbəkəsində bir pişiyin iki siçovul arasında gedən şiddətli döyüşü izlərkən çəkilən video yayılıb.

Qaynarinfo xəbər verir ki, video "Facebook”da Sinqapur sakini Çiz Qo tərəfindən yayımlanıb. O, bu mənzərəni evə gedərkən gördüyünü qeyd edib.

Görüntülərdə evin girişinin yaxınlığında iki siçovul mübarizə aparır. Üstəlik, heyvanlar o qədər cəsarətli və özünə arxayın şəkildə vuruşurlar ki, onlardan bir neçə metr məsafədə dayanıb baş verənləri seyr edən pişiyin fərqinə varmırlar.

Siçovullar özləri də arxa ayaqları üstə qalxaraq həqiqi boksçular kimi bir-birilərinə vurmağa başlayırlar. Çiz Qo özü pişiyin baş verənlərə qarışmamasını "ağıllı hərəkət" hesab etdiyini deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru