Attraksion xarab oldu, insanlar başıaşağı, havada asılı vəziyyətdə qaldılar - VİDEO

20-07-2020, 10:12           
Attraksion xarab oldu, insanlar başıaşağı, havada asılı vəziyyətdə qaldılar - VİDEO
Karusel öz sərnişinlərini yuxarı qaldırıb, lakin çevrilərkən nasazlıq yaranıb. Nəticədə, insanlar havada başıaşağı vəziyyətdə qalıb.

“Mash” “Telegram” kanalı Kabardin-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində baş verən hadisənin görüntülərini paylaşıb.

Məlumata görə, sərnişinlər səkkiz dəqiqə belə vəziyyətdə qaldıqdan sonra onları endirmək mümkün olub.

Xoşbəxtlikdən, hadisə qurbansız ötüşüb. İnsanlar təhlükəsizlik kəmərlərini bağlayıblar və müstəqil şəkildə azad olmağa cəhd etməyiblər.oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru