Rusiyada təyyarə yoxa çıxdı

20-07-2020, 11:51           
Rusiyada təyyarə yoxa çıxdı
Rusiyada AN-2 təyyarəsi havaya qalxdıqdan sonra yoxa çıxıb.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, An-2 təyyarəsi Buryatiyanın Kiren kəndindən havaya qalxdıqdan bir qədər sonra təyyarə ilə əlaqə itib.Bu barədə Sibir Aviasiya Axtarış-Xilasetmə Mərkəzinin əməliyyat növbətçisi məlumat verib.

İlkin məlumata görə, təyyarə xəbərdarlıq edilmədən sahələrin kimyəvi emalı məqsədilə havaya qalxıb. Təyyarədə dörd sərnişin və iki ekipaj üzvünün olduğu bildirilib.

Axtarış Koordinasiya Mərkəzinin dispetçerinin verdiyi məlumata görə, təyyarənin İrkutsk vilayətinin ərazisində olması ehtimal olunur. “İrAero” Hava Yollarına məxsus An-26 təyyarəsi axtarış üçün İrkutsk hava limanından havaya qalxıb.

Hadisənin təfərrüatları araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru