Oğru qarət etdiyi evdə yuxuya getdi

22-07-2020, 10:21           
Oğru qarət etdiyi evdə yuxuya getdi
İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstanın Jarmin rayonunun polisləri qeyri-adi oğurluq hadisəsini aşkar ediblər.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə məlumat yerli polis şöbəsinə istinadən yayılıb.

Oğru bir evdən çıxarkən tutulub. Təkzibedilməz dəlillərin ağırlığı altında 54 yaşlı şübhəli hər şeyi etiraf edib.

“Sərxoş olan bir kişi ev sahiblərinin olmadığını əvvəlcədən bildiyinə görə fərdi evə girib. O, 8000 tengedən çox ərzaq məhsulları oğurlayıb. Qeyri-qanuni mənimsənilən hər şeyi plastik torbaya yığdıqdan sonra sərxoş oğru hadisə yerində yuxuya gedib. Səhər oğurlanmış əşyalarla küçəyə çıxıb və o, Jarmin rayon polis əməkdaşları tərəfindən tutulub”. Polis rəisi Saqat Madiyeb belə deyib.

Polisin mətbuat xidmətindən verilən məlumata görə, kişi əvvəllər oxşar cinayətə görə mühakimə olunub.

Onun haqqında cinayət işi açılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.