Azərbaycanda daha 504 nəfər koronavirusdan sağaldı - 9 nəfər vəfat edib
22-07-2020, 17:57
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 391 yeni yoluxma faktı qeydə alınıb, 504 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.