ÜST ELAN ETDİ - Peyvənd vurulmasına bu vaxt başlanacaq

23-07-2020, 10:55           
ÜST ELAN ETDİ -
Dünyanın müxtəlif ölkələrində COVID-19-a qarşı vaksinlərin sınaqları ümidverici nəticələr göstərməsinə baxmayaraq, geniş yayılmış peyvəndləmə 2021-ci ilə qədər başlamayacaq.

Publika.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan deyib.

“Düzünü desək, insanların peyvəndlənməsi gələn ildən başlayacaq”, - ÜST rəsmisi açıqlamasında qeyd edib.

Rayan bəzi ölkələrdə dərman sınaqlarının artıq üçüncü mərhələyə çatdığını və yaxşı nəticələr verdiyini söyləyib. Ancaq vaksinlərin etibarlı və təsirli olduğuna əmin olmaq üçün vaxta ehtiyac olduğunu vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru