Bank kartı ilə pul ödəyənlər çoxalıb – Nağdsız ödənişlər artıb

25-07-2020, 15:29           
Bank kartı ilə pul ödəyənlər çoxalıb –
Azərbaycanda bank kartları ilə bu ilin yanvar-iyun ayları ərzində 2 748 mln. manat həcmində nağdsız ödəniş həyata keçirilib.

İndex.az Mərkəzi Banka istinadən xəbər verir ki, ölkə daxilində nağdsız ödənişlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 41,7% artıb.

Məlumata əsasən, nağdsız ödənişlərin 1 681 mln. manatı elektron ticarət əməliyyatlarının payına düşüb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 36,8% artımı özündə əks etdirir. Bildirək ki, ölkədə POS-terminallar vasitəsilə ödənişlərin həcmi isə illik 55% artaraq bu ilin ilk altı ayı ərzində 951 mln. manat olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru