Bakıda kişi bacısına 6, yeznəsinə 12 bıçaq zərbəsi vurdu

26-07-2020, 00:00           
Bakıda kişi bacısına 6, yeznəsinə 12 bıçaq zərbəsi vurdu
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Teref.az-ın xəbərinə görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
1987-ci il təvəllüdlü Həmidov İsmayıl Kamil oğlu və həyat yoldaşı, 1994-cü il təvəllüdlü Sadıqova Zümrüd Vədud qızı çoxsaylı bıçaq xəsarətləri alıblar. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırıblar. Müayinə zamanı İ.Həmidovun bədənində 12, Z.Sadiqovanın bədənində isə 6 ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb.
Hər iki yaralının vəziyyəti ağır olduğundan onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.
İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində baş verib. Hadisəni Z.Sadıqovanın qardaşı törədib. Cinayətin təfərrüatı araşdırılır.Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru