Dünyada yeni aqressiv və təhlükəli virus yayılıb

28-07-2020, 06:44           
Dünyada yeni aqressiv və təhlükəli virus yayılıb
Vyetnamın Dananq şəhərində və ətraf vilayətlərdə koronavirus infeksiyasının əvvəlkindən daha aqressiv və təhlükəli növü yayılıb.

Lenta.ru-nun məlumatına görə, bu barədə Vyetnam hökumətinin informasiya portalında məlumat verilib.

Hazırda dörd nəfərdə yeni virusa yoluxma halı qeydə alınıb. Onlardan ikisi ağciyərlərin süni ventilyasiyası cihazına (ASV) qoşulub.

Tədqiqatlara görə, virus sürətlə çoxalır və sürətli şəkildə ağırlaşmaya gətirib çıxarır.

Mütəxəssislər virusun yayılması ilə bağlı iki ehtimal irəli sürüblər: qeyri-qanuni miqrantların ölkəyə daxil olması və Dananqdakı xəstəxanaların birində virusun mutasiyası.

Qeyd edək ki, Vyetnamda bu günə qədər koronavirusa 431 yoluxma halı qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru