Tanınmış jurnalist Əmrah Fəqanoğlu COVID-19-dan vəfat etdi

28-07-2020, 10:36           
Tanınmış jurnalist Əmrah Fəqanoğlu COVID-19-dan vəfat etdi
İctimai Televiziya və Radio Yayımları Şirkətinin koronavirusa yoluxan böyük redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlu vəfat edib.

APA-nın məlumatına görə, o, bu gün həyatını itirib.

Faktı APA-ya TƏBİB-dən təsdiqləyiblər. Bildirilib ki, Ə. Fəqanoğlu bu gün səhər dünyasını dəyişib.

Qeyd edək ki, COVID-19 testinin nəticəsi pozitiv çıxan Əmrah Fəqanoğlu "Yeni klinika”da müalicə olunurdu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.