Müsavat başqanının müavini sərbəst buraxıldı

29-07-2020, 12:43           
Müsavat başqanının müavini sərbəst buraxıldı
Müsavat Partiyası başqanının müavini Fərəc Kərimli sərbəst buraxılıb.

Yenisabah.az bildirir ki, bu barədə Fərəc Kərimlinin özü məlumat verib.

“Səhər saat 7-8 arası Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən yaşadığım mənzildən polis idarəsinə aparıldım. Saxlanma səbəbim kimi iyulun 14-dən 15-ə keçən gecə Milli Məclisin qarşısında keçirilən aksiyada iştirakım bildirildi. Polis idarəsində aksiyada iştirak edən, mənə bənzəyən birinin şəkili göstərildi. Video görüntülərə də baxılmasını istədim. Video görüntülərə baxılan zaman görüntülərdəki adamın başqa biri olduğu ortaya çıxdı. İzahatım alındıqdan sonra sərbəst buraxıldım. Mənə görə narahat olan dostlara təşəkkür edirəm. Hazırda evdəyəm”, - deyə o bildirib.

Müsavat başqanı Arif Hacılı bir neçə saat əvvəl Fərəc Kərimlinin saxlanıldığı barədə məlumat yaymışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru