Beyləqanda dəhşətli yanğın: Dörd maşın alovlandı

22-11-2020, 09:29           
Beyləqanda dəhşətli yanğın: Dörd maşın alovlandı
Beyləqan rayonunun Birinci Şahsevən kəndində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 60 kvadrat metr olan talvarın yanar konstruksiyaları və altında təmirə dayanan “BMW” markalı minik avtomobilinin yanar hissələri, “Hyundai”, “Kia” və “Mercedes” markalı minik avtomobillərinin mühərrik hissələri yanıb.

Avtomobillərin qalan hissəsi, bitişik sex və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.