Kilsəyə hücum oldu - Ölən və yaralananlar var

23-11-2020, 11:33           
Kilsəyə hücum oldu -
ABŞ-da kilsəyə hücum olub, ölənlər var.



Teref.az-ın xəbərinə görə, Kaliforniya ştatının San-Xose şəhərindəki baptist kilsəsinə hücum olub.



Kilsədəkilərə bıçaqla hücum edilib, hadisə nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.



Polisin məlumatına görə, yaralıların bəzilərinin vəziyyəti ağırdır, eyni zamanda hadisə baş verən zaman kilsədə ibadət olmayıb.



Hadisənin qurbanları soyuqdan qorunmaq üçün kilsəyə sığınmış evsiz şəxslər olub.



Hadisəni törədənlərin kimliyi və insidentin motivi hələlik bəlli deyil.APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru