AMEA-nın şöbə müdiri vəfat edib

24-12-2020, 07:55           
AMEA-nın şöbə müdiri vəfat edib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun Folklor və Yazılı Ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Kamran Əliyev dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu bildirib.

“O, bizim dostumuz, sirdaşımız, sevincimizi bölüşdüyümüz, kədərimizə şərik olan, dəyərli məsləhətləri ilə şöbə əməkdaşlarına kömək edən, bir sözlə şöbəmiz üçün çox dəyərli biri idi. Müharibə dövrü və müharibə sonrası çətin günlərimdə zəng edib dəstək olur, təskinlik verirdi”, - deyə Elyar İslamoğlu qeyd edib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.