Abşeronda 2 aylıq körpə yol qəzasında xəsarət aldı
24-12-2020, 08:10
Abşeronda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un məlumatına görə, hadisə Novxanıda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 2020-ci il təvəllüdlü Abiyev Onur Fürsən oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.