Yerevan məhkəməsi Paşinyanın əleyhdarlarını həbsdən azad edib

25-12-2020, 07:10           
Yerevan məhkəməsi Paşinyanın əleyhdarlarını həbsdən azad edib
Yerevanda məhkəmə müxalif mövqedə olan, bir gün əvvəl zorakılıq çağırışlarında şübhəli bilinərək saxlanılmış Ermənistan Polisinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin keçmiş rəisi, polkovnik Sayat Şirinyanı həbsdən azad edib.

“Report” xəbər verir ki, bu barədə onun vəkili Aram Vardevanyan bildirib.

Bundan başqa, “168.am” onlayn resursunun məlumatına görə, cümə axşamı Yerevan məhkəməsi həmçinin "zorakılığa ictimai çağırış, zorakılığa ictimai bəraət və zorakılığın təbliğatı” maddəsi üzrə şübhəli bilinərək saxlanılmış müxalif "Milli təhlükəsizlik" partiyasının lideri Qarnik İsaqulyanı da azad edib. Bu maddə üzrə maksimum azadlıqdan 1 il məhrum edilmə cəzası nəzərdə tutulur.

Yerevanda müxalifətin aksiyaları keçirilir. Aksiyaların iştirakçıları Qarabağda atəşin dayandırılması haqqında sazişi imzalamış baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru