ABŞ-da partlayış: Tramp və Baydenə məlumat verildi

26-12-2020, 06:15           
ABŞ-da partlayış: Tramp və Baydenə məlumat verildi
ABŞ-ın Tennensi ştatının Naşvil şəhərində avtomobil partlayıb.

Axar.az NBC-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

Yerli polis hadisənin qəsdən törədildiyini bildirib.

Hüquq-mühafizə orqanları şəhər mərkəzində yolları bağlayıb, araşdırmalar başlayıb.

****

Baş vermiş partlayışla bağlı ABŞ-ın yeni prezidenti Co Baydenə məlumat verilib.

Bayden fövqəladə xidmətin əməkdaşlarına təşəkkür edib və yaralılara şəfalar diləyib.

Qeyd edək ki, bundan öncə hazırki prezident Donald Trampa da olay barədə məlumat çatdırılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru