Afrikada “Beitbridge” keçid məntəqəsində azı 15 nəfər ölüb

26-12-2020, 08:16           
Afrikada “Beitbridge” keçid məntəqəsində azı 15 nəfər ölüb
Cənubi Afrika Respublikası (CAR) - Zimbabve sərhədindəki keçid mətəqəsində yaranan uzun sürən növbələrdə azı 15 nəfər ölüb.

APA Reuters-ə istinadən xəbər verir ki, hadisə iki ölkə arasındakı əsas sayılan “Beitbridge” keçid məntəqəsində baş verib.

Səhiyyə və Daxili İşlər nazirlikləri kütləvi ölüm faktını təsdiqləyib. Bildirilib ki, ölümə səbəb keçid məntəqəsindəki şəraitsizlikdir: “Məntəqədə insanlar saatlarla, bəzən günlərlə növbəyə dayanır və bunun üçün münasib şərait, tələblərə cavab verən yerlər yaradılmayıb”.

Qeyd edilib ki, ilin bu fəslində miqrantların Zimbabveyə kütləvi qayıdışı səbəbindən növbələr ensiz yolda kilometrlərlə uzanır.

BMT-nin məlumatına görə, CAR təqribən 1,5 milyon zimbabveli miqranta evsahibliyi edir. Hazırda bu ölkədə koronavirusun ikinci dalğası yaşanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru