Koronavirusa yoluxma sayı 400 mindən çox artdı

27-12-2020, 11:45           
Koronavirusa yoluxma sayı
Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı artaraq 80 milyon 720 min 204 nəfərə çatıb.

Pandemiya qurbanlarının sayı 1 milyon 764 min 697 nəfərdir. İndiyədək 56 milyon 911 min 211 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ötən sutka ərzində 401 176 nəfər infeksiyaya yoluxub, 7335 pasiyent dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.virtualaz/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru