Birləşmiş Ərəb Əmirliklərində “Britaniya ştammı”na yoluxma qeydə alınıb

30-12-2020, 08:48           
Birləşmiş Ərəb Əmirliklərində “Britaniya ştammı”na yoluxma qeydə alınıb
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) koronavirusun yeni mutasiya etmiş növünə yoluxma halları qeydə alınıb.

TASS agentliyi xəbər verir ki, bu barədə BƏƏ hökumətinin sözçüsü Ömər Əbdül Rəhman əl-Həmmədi məlumat yayıb.

“Birləşmiş Ərəb Əmirlikləri ərazisində “Britaniya ştammı”na bir neçə yoluxma halı qeydə alınıb. Xəstəlik digər ölkələrdən BƏƏ ərazisinə daxil olan şəxslərdə aşkar edilib”, - deyə Ömər Əbdül Rəhman əl-Həmmədi söyləyib.

Onun sözlərinə görə, hökumət vəziyyəti yaxından izləyir və bütün qabaqlayıcı tədbirləri həyata keçirir.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru