Edmon Marukyan Azərbaycan sərhədinə gəlib - FOTO

30-12-2020, 11:15           
Edmon Marukyan Azərbaycan sərhədinə gəlib - FOTO
Ermənistan parlamentində təmsil olunan 3 siyasi partiyadan birinin – “Parlaq Ermənistan” partiyasının sədri Edmon Marukyan Azərbaycan-Ermənistan sərhədinə gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Edmon Marukyan “Facebook” səhifəsində yazıb.
Partiya sədri bildirib ki, bu gün Sünikdə (Zəngəzur) görüşləri olacaq: “Vəziyyətlə yerindəcə tanış olacağıq. Səfərdən sonra müvafiq orqanlara təkliflər paketi təqdim edəcəyik”.
Qeyd edək ki, Edmon Marukyan Azərbaycan əsgərlərinin quraşdırdığı və üzərində “Azərbaycana xoş gəlmiziniz” yazısının olduğu lövhənin önündə şəkil çəkdirərək sosial şəbəkədə paylaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru