Yəməndə yeni hökumət üzvlərini daşıyan təyyarə aeroporta endikdən sonra partlayış olub, ölənlər var

30-12-2020, 18:23           
Yəməndə yeni hökumət üzvlərini daşıyan təyyarə aeroporta endikdən sonra partlayış olub, ölənlər var
Yəmənin Ədən hava limanında partlayış olub, ölənlər və xəsarət alanlar var.

APA-nın “Əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, partlayış hökumətin yeni üzvlərini daşıyan təyyarə hava limanına endikdən sonra baş verib.

Partlayış nəticəsində 5 nəfər həlak olub, 20-dən artıq şəxs yaralanıb.

“Sky News”un xəbərinə görə, uçuş zolağında və hava limanının gözləmə zalında partlayış olub. Partlayışlardan sonra ərazidə atəş səslərinin eşidildiyi bildirilib.

İlkin məlumata görə, ölən və yaralananlar arasında hökumət rəsmiləri yoxdur. Yeni Baş nazir Maeen Abdulmalik də daxil olmaqla hökumət rəsmiləri təhlükəsiz şəkildə prezident sarayına çatıb.

Ölən və yaralananların sayının artacağı ehtimal olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru