Suriyada qanlı terror: 28 nəfər öldürüldü 31-12-2020, 00:28 Suriyanın Deyr əz-Zor-Palmira yolunda sərnişin avtobusunda törədilən terror aktı nəticəsində 28 dinc sakin həlak olub.Axar.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.Karabej yaşayış məntəqəsi yaxınlığında baş verən olayda 13 nəfərin də xəsarət aldığı bildirilib.Hücumla bağlı heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. Facebook-da paylaş