Peyvənd olunanlarda da koronavirus tapıldı

1-01-2021, 00:14           
Peyvənd olunanlarda da koronavirus tapıldı
İsraildə koronavirusa qarşı peyvənd olunan 428 nəfərdə virus simptomları aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Sözügedən şəxslərin bəzilərinin peyvənddən əvvəl yoluxduğunu bildirən Səhiyyə Nazirliyi, xəstələrə bir doz da peyvənd vurulduğunu, nəticənin isə hələ müəyyənləşmədiyini diqqətə çatdırıb.

Xatırladaq ki, İsrail Pfizer və BioNTech tərəfindən hazırlanan vaksin təsdiqləndikdən sonra peyvənd kampaniyasına başlayıb. Kampaniya çərçivəsində indiyədək 500 mindən çox israilli Covid-19 peyvənd olnub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru