Sərxoş sürücü avtobusu ər-arvadın üzərinə sürdü - Ölən və xəsarət alan var

1-01-2021, 09:15           
Sərxoş sürücü avtobusu ər-arvadın üzərinə sürdü - Ölən və xəsarət alan var
Azərbaycanda sərxoş şəxs avtobusu ər-arvadın üzərinə sürdü - Ölən və yaralanan var
Şabran şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi xəbər verir ki, dekabrın 30-da saat 21 radələrində Şabran şəhərində şəhər sakini N.Şeydayev sərxoş vəziyyətdə idarə etdiyi “KAvZ” markalı avtobusla yolun kənarı ilə hərəkət edən həmyerliləri Q.Rzayevanı və əri E.Mürsəlovu vurub.

Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb, həyat yoldaşına isə xəstəxanada ilkin tibbi yardım göstərilib. Şabran RPŞ tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru