Cəbrayıl və Xocavənddə daha 3 erməni hərbçinin cəsədi TAPILDI
1-01-2021, 13:27
Qarabağda erməni hərbçilərin cəsədlərinin axtarışı davam edir.
KONKRET.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, dekabrın 31-də Cəbrayılda 2, Xocavənd rayonu ərazisində isə daha 1 hərbçinin cəsədi tapılıb. Ümumilikdə, tapılan cəsəd sayının 1138 nəfər olduğu bildirilir.
Hazırda Hadrut, Füzuli və Qubadlı istiqamətlərində axtarışlar davam edir.