Tanınmış amerikalı teleaparıcı Larri Kinq xəstəxanaya yerləşdirilib.
Pravda.az xarici mediaya istinadən xəbər verir ki, aparıcı koronavirusa yoluxub. COVİD testi pozitiv çıxan 87 yaşlı Larri Los-Anceles xəstəxanasında müalicə alır.
Qeyd edək ki, Larri Kinq 2017-ci ildə ağciyər xərçənginə tutulub. 2019-cu ildə anjioplastika əməliyyatı keçirib. 2020-ci ildə isə aparıcı insult keçirib.