Pakistanda kömür şaxtasının işçiləri oğurlanaraq güllələnib:yaralılar var

3-01-2021, 13:34           
Pakistanda kömür şaxtasının işçiləri oğurlanaraq güllələnib:yaralılar var
Pakistanın Bəlucistan əyalətində kömür şaxtasında baş verən atışma zamanı azı on bir işçi həlak olub, daha üç nəfər yaralanıb.

Bu barədə yerli hakimiyyətə istinadən “Sinxua” agentliyi bildirib.

Məlumata əsasən, naməlum şəxslər şənbə günü gecə yarı şaxtanın işçilərini oğurlayaraq güllələyiblər.

Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyəti haqqında məlumat verilmir.

Qeyd edilir ki, hadisə ilə bağlı təhqiqat aparılır. Hücuma görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru