Britaniyada rekord sayda koronavirusa yoluxma halı qeydə alınıb 5-01-2021, 05:58 Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) rekord sayda 58 784 yoluxma halı qeydə alınıb.Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 2 713 563 nəfərə çatıb.Bildirilir ki, ötən sutka koronavirusdan daha 407 nəfər ölüb, ölənlərin sayı 75 431 nəfər təşkil edir. Facebook-da paylaş