Ukraynada 81,4 milyon dollarlıq heroin ələ keçirildi XÜSUSİ ƏMƏLİYYAT

6-01-2021, 09:21           
Ukraynada 81,4 milyon dollarlıq heroin ələ keçirildi XÜSUSİ ƏMƏLİYYAT
Ukraynanın Lvov şəhərində hüquq-mühafizə orqanları təxminən 81,4 milyon dollar dəyərində heroin ələ keçirib və 4 nəfəri yaxalayıblar.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

“Narkotik qaçaqmalçılığı faktı ilə bağlı cinayət işi çərçivəsində aparılan xüsusi əməliyyat zamanı rekord həddə - 1 tondan çox heroin partiyası ələ keçirilib. Narkotikin “qara bazar”dakı təxmini dəyərinin 81,4 milyon dollardan çox olduğu müəyyən edilib”, - deyə bildirilib.

Araşdırmalar zamanı müəyyən edilib ki, heroin partiyası Pakistandan dəniz yolu ilə Odessa limanına gətirilib. Daha sonra ərzaq malları adı altında ölkənin qərbinə, oradan da diplomatik yük kimi Avropa İttifaqı ərazisinə aparılmalı imiş…












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru