Los-Ancelesdə yeni toqquşmalar, “Trump” otelinin yanında atışma olub

7-01-2021, 04:22           
Los-Ancelesdə yeni toqquşmalar, “Trump” otelinin yanında atışma olub
ABŞ-da baş verən toqquşmalar yalnız paytaxt Vaşinqtonu əhatə etməyib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Ştatların hazırkı prezidenti Donald Trampın tərəfdarları Los-Ancelesdə də qarşıdurmalar yaradıblar.

Məlumata görə, Los-Ancelesdə də prezident seçkilərinin nəticələrinin ləğvi tələbi ilə bağlı keçirilən mitinqin gedişatında polislə kütləvi toqquşmalar olub. Yayılan kadrlarda Trampın tərəfdarlarının asayiş keşikçiləri və demokratları dəstəkləyən vətəndaşlarla toqquşmaları yer alıb.

Bütün bunlar seçkilərdə ənənəvi olaraq Demokratlar Partiyasını dəstəkləyən Kaliforniyada olub.

Eyni zamanda ABŞ polisi Keyt-stritdə Donald Trampın mehmanxanasının qarşısında atışma haqqında da bildirib.

Hadisənin təfərrüatları araşdırılır. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru