Udinlər növbəti dəfə Xudavəng monastırında - FOTO

9-01-2021, 00:35           
Udinlər növbəti dəfə Xudavəng monastırında - FOTO
Qafqazdakı Alban Apostol Müstəqil Kilsəsinin varisi olan Alban-Udin dini icmasının üzvləri bu gün Kəlbəcər rayonunda olub, orada Xudavəng monastır kompleksini ziyarət ediblər.

Teref.az-ın məlumatına görə, onlar Milad bayramı ilə əlaqədar Xudavəng monastırında ibadət edib, dualar oxuyublar.

Qeyd edək ki, Alban-Udin icmasının üzvləri daha öncə də Xudavəng monastırını ziyarət ediblər. Onlar yenə də bura gələcəklərini və daimi müqəddəs məkanlarından biri olan Xudavəng monastırını ziyarət edəcəklərini bildiriblər. (Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru