Azərbaycanda qaraj içindəki avtomobillə birgə yandı
9-01-2021, 06:24
Salyan rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, ümumi sahəsi 30 m² olan qarajın tavanı 5 m² sahədə və içərisində təmirə dayanan “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Qarajın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;